Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Zəngəzur, Şirak, Lori və Tavuş bölgələrindəki bölmələrinə xidmət üçün qəbul elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.
Elana görə, xidmətə Ermənistan vətəndaşı olan, hərbi xidməti keçmiş 45 yaşadək kişilər qəbul edilir.
Xidmət növbəli rejimdə həyata keçirilir (15 gün növbə, 15 gün istirahət). Xidmət edənlər müqavilə əsasında hərbçilər üçün nəzərdə tutulan sosial imtiyazlardan və təminatlardan yararlana bilərlər.
Qeyd edək ki, Ermənistanın İranla sərhədindən də rus sərhədçilərin 1 yanvar 2025-ci ilə qədər geri çəkiləcəyi gözlənilir. Ermənistan isə öz sərhədlərini qorumaq üçün əsgər tapmaqda çətinlik çəkir.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq