Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İran hakimiyyəti ilə məsləhətləşmələr aparmaq üçün bu ölkəyə səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Qrossi özünün sosial media səhifəsində məlumat verib.
Qrossi Tehranda İranın xarici işlər naziri Abbas Arakçı ilə görüşdüyünü açıqlayıb.
Səfər zamanı Qrossi İran Prezidenti Məsud Pezeşkian və bu ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə də görüşəcək.
Qeyd edək ki, noyabrın 13-də Rafael Qrossi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilən iclasında iştirak etmişdi.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq