Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə BUTA.TV-a İdarədən məlumat verilib.
Müraciətdə qeyd olunur ki, hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur:
"Bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır".
"Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır", - müraciətdə qeyd olunur.
- “O, ətdoğrayan balta deyildi, “iqruşka” idi” - Ağadadaş Ağayev
- Xəyyam Əhmədli ilə son görüşə gəldilər... - FOTOLAR
- “Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı
- Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər...
- BMT rəsmisi azərbaycanlılarla bağlı bu faktı ifşa etdi
- Bunun səbəbkarı ABŞ və Fransa, Əli Kərimli və İsa Qəmbərdir
- ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
- Tiflisdə nə baş verir? Yeni Maydan ssenarisi, hökumət çevrilişi...