Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun bir müddət əvvəl verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub.
Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunan Qədirov Pərviz Paşa oğlu isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. II Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video