1988-ci ildə "Şuşa" həbsxanasında vəzifəyə gələrkən ermənilər buna qarşı çıxdılar və Moskvada təkidlə mənim erməniəsilli digər şəxslə əvəz olunmağım tələb edildi.
BUTA.TV xəbər verir ki, bu sözləri "İTV Xəbər"ə müsahibəsində "Şuşa" həbsxanasının keçmiş rəisi Aydın Abbasov deyib.
O bildirib ki, Serj Sarqsyan da daxil olmaqla digər erməni rəhbər şəxslər müxtəlif bəhanələrlə məhbusların azad olunması üçün yollar axtarıblar:
"Onlar cəzaçəkmə müəssisəsinin məhbuslarını azərbaycanlılara qarşı təxribatçı kimi hazırlamağı qarşılarına məqsəd qoymuşdular. Erməni işğalından sonra uzun müddət əsarətdə qalan "Şuşa" türməsi isə işgəncə məkanına çevrilir".
Qeyd edək ki, bu gün azadlığına qovuşan həbsxana muzey kimi fəaliyyətini davam etdirəcək.
Hazırda bu istiqamətdə işlər aparılır.
Ətraflı süjetdə:
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos