Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.
BUTA.TV Oxu.Az-a istinadla xəbər verir ki, vətəndaşlara telefonla zəng olunaraq, "peyvənd olunmusunuzsa, 1 düyməsini seçin", - deyə xahiş edilir.
İddialara görə, telefon dərhal bloklanır
Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:
"Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır".
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos