Ən böyük problemimiz təhsildir. Bəzi məsələri ortadan qaldırmalıyıq ki, inkişaf edək.
BUTA.TV xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, əsas problemlərdən biri müəllimlərin yaşadığı yerlərdən uzaqdakı məktəblərdə çalışmalıdır:
“Məsələn, Pirşağıda, Kürdəxanıda yaşayan müəllim Qaradağa dərs keçməyə gedir. 150 min müəllimdən 50 mini bu problemi yaşayır. Bunu sistemləşdirmək nə qədər çətindir? Elə sistem qurmalıyıq ki, müəllim vaxtında dərsə çatsın. Çünki bu hal məktəbdəki təhsilə də təsir edir. Müəllimlərin bu vəziyyətini yüngülləşdirməliyik. Bu məsələyə diqqət çəkməyi vacib sayıram”, - deputat vurğulayıb.
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos