Zaqatalada yeni doğulan körpə ölüb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib.
Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, bu faktla birlikdə yeni doğulan körpə ölümü noyabr ayı ərzində ikinci hadisədir. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video