Müharibə zamanı baş nazirlə müdafiə naziri arasında tam etimad hər zamankindən daha vacibdir. Biz ilkin olaraq bu etimada malik olsaq və kampaniyanın ilk aylarında çox şeyə nail olsaq da, son aylarda aramızdakı etimad eroziyaya uğrayıb.
BUTA.TV “Yerusəlim Post”a istinadla xəbər verir ki. bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Yoav Qallantı müdafiə naziri vəzifəsindən istefaya göndərməsinin səbəbləri haqda danışarkən deyib.
“Qallantla mənim aramda kampaniyanın idarə olunması ilə bağlı ciddi fikir ayrılıqları yarandı. Bu fikir ayrılıqları həm hökumət, həm də kabinet qərarlarına zidd olan bəyanatlar və hərəkətlərlə müşayiət olundu. Mən dəfələrlə bu boşluqları aradan qaldırmaq üçün cəhdlər etdim, lakin onlar daha da genişləndi. Bu məsələlər hətta qəbuledilməz şəkildə ictimaiyyətə çatdı və daha da pisi düşmənlərimizə məlum oldu ki, onlar bundan həzz alıb üstünlük əldə etdilər”, - o vurğulayıb.
Netanyahu xarici işlər naziri israil Katzın müdafiə naziri təyin edilməsi səbəbinə də toxunub:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“İsrail Katz beş il ərzində həm xarici işlər naziri, həm maliyyə naziri, həm kəşfiyyat naziri, həm də Təhlükəsizlik Kabinetinin uzun müddətdir üzvü kimi milli təhlükəsizliyə sadiqliyini sübut edib”.
Qeyd edək ki, Netanyahu Yoav Qallantı müdafiə naziri vəzifəsindən zad edib və onun yerinə xarici işlər naziri İsrail Katzı təyin edib.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi