Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.
MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol