Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”-dan bildirilib.
“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur”, - məlumata qeyd edilib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SİMA imzası olan hər kəsin yeni nəsil təhlükəsiz şəhər kameraları tərəfindən piyada keçidi olmayan yerlərdən keçərkən 40 AZN cərimələnməyə başlaması barədə məlumatlar yayılır.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz