Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aksiyada iştirak edib.
BUTA.TV xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldıqları aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Ağacəkmə aksiyası 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə kimi dəyərləndirilə bilər. Aksiya, eyni zamanda, ölkəmizdə keçiriləcək COP29 konfransına dəstəyin və ümumiyyətlə təbiətin qorunması ilə bağlı təşəbbüslərə həmrəyliyin ifadəsidir.
Qeyd edək ki, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Azərbaycanda ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan çoxsaylı layihələr icra edir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Ölkəmizdə yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq zonalarının artırılması istiqamətində önəmli addımlardandır.
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz