Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
- "Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi
- ASAN Xidmətdən “COP29 Xüsusi Viza” ilə bağlı açıqlama
- Ali Məhkəmədən Kamil Sədrəddinovla bağlı qərar
- Bakıda övladını dərsə aparan nazir - Video
- Noyabrın havası: yağıntılar normadan çox olacaq
- Onlara şəhid adının verilməsi təklifi müsbət qarşılandı
- Qardaşı arvadını və oğlunu öldürənə hökm oxundu
- Bakıda əməliyyat: cinayətkar dəstə üzvləri saxlanıldı - Video