2024-cü ilin III rübündə Azərbaycanda vaxtı keçmiş kreditləri ən çox artan banklar sırasında “PAŞA Bank” da yer alıb.
“Yeni Sabah”ın hesablamasına görə, bankın vaxtı keçmiş kreditləri ötən ilin eyni dövrünə nisbətən bu ilin III rübündə 57,6% və ya 55,4 milyon manat artaraq 151,5 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 96,2 milyon manata bərabər olub. Nəticədə bankın vaxtı keçmiş kreditlərinin ümumi portfeldə çəkisi 4,4%-dən 4,7%-ə kimi yüksəlib.
“PAŞA Bank”ın vaxtı keçmiş kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın vaxtı keçmiş biznes kreditləri 2 dəfə və ya 75,1 milyon manat artaraq 69,4 milyon manatdan 144,4 milyon manata çatıb.
Ən böyük korporativ bankın vaxtı keçmiş istehlak kreditləri isə əksinə, 88% və ya 13,3 milyon manat azalaraq 1,8 milyon manata enib. Bu dövrdə bankın vaxtı keçmiş kreditlərinin yalnız 5,3 milyon manatı danışmaz kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 55% azdır.
Qeyd edək ki, bir aya qədər gecikdirilmiş kreditlər hesablamada nəzərə alınmayıb.
- FHN bu məktəb-liseydə təlim keçirəcək
- Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu
- Prezident yeni nəsil metro qatarları ilə tanış oldu
- 9 ayda 35 nəfər bu səbəbdən öldü
- “PAŞA Bank”ın vaxtı keçmiş kreditləri 58% artıb
- Qaradağda sürücünü soyan 3 nəfər saxlanıldı
- Neftçalada "Muravey" aşdı, sürücü öldü
- Ərdoğan Azərbaycanı bu siyahıdan çıxardı