Hazırda dövlət mənim üçün də Xocalı şəhərində ev tikir.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a əslən Xocalıdan olan deputat Elman Məmmədov deyib.
O, ata-baba yurdunun zamanında ermənilər tərəfindən viran edildiyini bildirib:
“Səbirsizliklə gözləyirəm ki, mənim də evim tikilsin. Artıq bünövrə qoyulub, müəyyən səbəblərdən tikinti ləngiyir. İnşallah, özüm də evimizə köçəcəm. Mən o evdə yaşamışam, böyümüşəm”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Elman Məmmədov onun üçün tikilən evin sadə vətəndaşların evindən fərqlənməyəcəyini qeyd edib:
“Deputat olduğuma görə heç bir fərqlilik olmayacaq. Sadə vətəndaşlara necə, mənə də elə ev tikiləcək. Evimiz bir mərtəbəli olacaq. Evlər var ki, ermənilər tərəfindən tamam dağıdılmayıb. O evlər bərpaya yararlı olduğu üçün də bərpa edildi. Ölkə başçımız Xocalıya səfəri zamanı iki evdə oldu. Həmin evlərdən biri – Səriyyə Cəfərovanın evi bərpa olunmuş iki mərtəbəli ev idi. Lakin ikinci ev yenidən tikilmişdi. Məsələn, mənim ata-baba evim ikimərtəbəli böyük ev olub. Bizim evimiz ermənilər tərəfindən tamamilə darmadağın edilmişdi. Buna görə də işçilər yeni bünövrə qoydular. İndi mənə də camaata tikilən evlər kimi, ailə sayına görə standart ev tikilir”.
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar