Bakı şəhərində yerləşən 193 tarix-memarlıq abidəsi olan binada COP29 tədbiri ilə əlaqədar aparılan təmir-bərpa işləri çərçivəsində abidələrin tarixi dəyərinin, orijinallığının, dayanıqlığının və bədii-estetik görkəminin qorunub saxlanılması məqsədilə daimi nəzarət təşkil edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
O qeyd edib ki, təmir-bərpa işləri podratçı şirkətlərlə əməkdaşlıq çərçivəsində, mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
"Eyni zamanda, abidələrin bədii-estetik görkəminə xələl gətirən reklam və məişət qurğuları, kommunikasiya xətləri binaların fasadlardan təmizlənib.
Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur", - deyə mətbuat katibi vurğulayıb.
- Özbəkistanda Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradıldı
- Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
- Türkiyə yeni “cəbhədə”: Suriyada hansı yeni dövlətlər yaranır?
- Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - Rəsmi
- Türkmanlar müstəqillik üçün 4 əsas hədəfi açıqladı - Video
- Əsədov Fuad Oqtayla görüşdü
- CHP lideri Bakıya gəlir? - Rəsmi
- Tikilməkdə olan obyektlərlə bağlı qərar