“Roskomnadzor” əcnəbilərə məxsus 4,5 milyon sim-kartı bloklayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə departamentin nümayəndəsi “Spektr 2024” forumu zamanı jurnalistlərə bildirib.
O bildirib ki, bugünədək 8,2 milyon nömrə işlədən 3,8 milyona yaxın əcnəbi təyin olunmuş vaxtda ofislərə gələrək, təkrar qeydiyyatdan keçiblər. Ancaq sahibləri təyin olunmuş vaxtda ofislərə gəlməyən və təkrar qeydiyyatdan keçməyən 4,5 milyon sim-kart bloklanacaq.
Onun sözlərinə görə, ölkədə 11,5 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxsə qeydiyyatda olan 26 milyon telefon nömrəsi müəyyən edilib.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Qeyd edək ki, yanvarın 1-dən Rusiyada bir abunəçi üçün mobil nömrələrin sayını məhdudlaşdıran qanun qüvvəyə minib: rusiyalı üçün 20-dən çox, əcnəbi üçün isə 10-dan çox sim-kart verilə bilməz. Eyni zamanda, operatorlar əcnəbilərlə yalnız şəxsən, onların məlumatlarının Vahid Biometrik Sistemdə mövcudluğu şərti ilə müqavilə bağlaya biləcəklər.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...