Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə bir gündə 11 dəfə zəng edən şəxs həbs edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı 1975-cı il tarixdə Laçın rayonunda doğulmuş D.M.-nin hadisəni içkili halda törətdiyi müəyyənləşdirilib.
Belə ki, Kürdəmir şəhəri, Yeni Qəsəbə ünvanında yaşayan D.M. spirtli içki qəbul edib və saat 13 radələrindən başlayaraq 11 dəfə DİN-in "102" xidmətinə zəng vurub. Daha sonra yaşadığı ünvanda həyətə çıxaraq söyüş söyməyə başlayıb.
Məhkəmənin qərarı ilə, D.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 gün müddətinə inzibati həbs edilib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto