Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan polkovnik-leytenant X.Babayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.
Məlumata görə saxlanılma səbəbi Goranboy rayon şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdəki fəaliyyəti ilə əlaqədardır.
Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto