2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.
"Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.
Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir", - deputat bildirib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto