Bakıda marşrut avtobuslarının rahat hərəkət etməsi üçün zolaqlar çəkilsə də, bir çox hallarda avtobuslar digər zolaqlarla da hərəkət edirlər.
Bu barədə BUTA.TV-a göndərilən görüntüdən də aydın olur.
Paytaxtın Qara Qarayev prospektində bu gün səhər saatlarında avtobusların hərəkət qaydalarına əməl etmədiyi, bir-birini ötmək üçün digər zolaqlara təhlükəli manevrlər etdiyi görünür.
Qeyd edək ki, digər avtomobillərin avtobus zolaqlarına daxil olmasına görə 100 manat cərimə nəzərdə tutulur. Avtobuslar isə istədikləri vaxt digər zolaqlardan istifadə edirlər və bəzən 2-3 zolağı tutaraq, sıxlığın yaranmasına səbəb olurlar.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto