Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri aparılır:
“Balakən istiqamətində yol infrastrukturu yenilənir, çünki bu dəmir yolu xətti tamamilə köhnədir. Balakənə yataq tipli vaqonlardan ibarət olan qatar istifadə olunacaq. Köhnə nəsil yataq tipli vaqonlar nisbətən müasirləşdirilməlidir. Məsafə uzaq olduğuna görə insanlar yataq tipli vaqonlar istəyirlər. Buna görə məsələlərə hərtərəfli baxılır”.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto