Bakı Dəmiryol Vağzalında təmir işləri görülür.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a sərnişinlər məlumat veriblər.
Mövzu ilə bağlı Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, Bakı Dəmiryol Vağzalında aparılan təmir işləri gözdən əlil insanlar üçün nəzərdə tutulan daktil döşəmələrin yenilənməsi ilə bağlıdır.
"Gözdən əlil olan sərnişinlərimizin vağzal ərazisində rahat və maneəsiz hərəkəti üçün daktil döşəmələr yenisi ilə əvəz olunur. İşlərin əksəriyyəti gecə saatlarında aparılır, qatarların qrafik üzrə hərəkətinə hər hansı maneə yoxdur. Sərnişin məmnuniyyəti və maneəsiz səyahəti təmin etmək üçün sosial və həssas qruplar üçün vağzal və stansiyalarda bərabər imkanlar yaradılır", - deyə cavabda qeyd olunub.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto