Artıq bir neçə aydır ki, regionlarda pensiyaların gecikməsi halları müşahidə olunur. Dövlət Sosial Müdafiə Fondunun rəsmi açıqlamasına görə, Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur. Lakin gecikmənin konkret səbəbi ilə bağlı məlumat verilməyib.
BUTA.TV xəbər verir ki,Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə son zamanlar DSMF-nin fəaliyyəti ilə bağlı tənqidlər geniş vüsət alıb:
“DSMF-nin fəaliyyəti ilə bağlı çoxlu sayda suallar və tənqidlər var. Son zamanlar doğrudan da təqaüdlərin gecikdirilməsi ilə bağlı çoxsayılı şikayətlər özünü göstərir. Bu şikayətlərin əsası ondan ibarətdir ki, DSMF pul köçürmələri ilə bağlı öhdəliyini vaxtı-vaxtında həyata keçirə bilmir. DSMF rəsmilərinin yanaşması odur ki, bu texniki problemdir və yaxın zamanlarda həll olunacaq. Lakin söhbət ondan gedir ki, ilin əvvəlində büdcə qəbul olunduqdan sonra minimum təqaüdlərdə 10 faizə yaxın artım nəzərdə tutuldu”.
Ekspertin fikrincə, təqaüdlərin gecikməsi texniki nasazlıqla bağlıdır:
“Bu DSMF-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhvidir ki, vaxtı-vaxtında bu hesablamaları aparıb Maliyyə Nazirliyinə və hökumətin digər qurumlarına məlumat verə bilmir. Yeni maliyyə mənbələrinin vaxtında köçürülməsinə və insanların bundan əziyyət çəkməməsinə şərait yaradılmalı idi. Təəssüf ki, biz bunu görmədik. Nəticə etibarı ilə, həmin qurumların səhlənkarlığı insanların narazılığına səbəb olur. Düzdü, bu sadəcə texniki məsələdir və insanların təqaüdləri ödəniləcək. Sadəcə çatışmayan vəsaitin Maliyyə Nazirliyi tərəfindən ayrılması və DSMF tərəfindən idarə olunması tezləşdirilməli və sürətləndirilməlidir”.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...