Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə iki gün bundan əvvəl Astarada baş vermişdi. Sitrus bağları üstündə düşən mübahisə zəminində ata Ağaşir Hüseynov oğlu Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirmişdi.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto