"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.
Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.
- Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz
- Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği
- Məktəblərdə neçə gün dərs olmayacaq?
- Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...
- Horovlu kəndində əmək yarmarkası keçirildi
- Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
- Azıx mağarasının inkişaf konsepsiyası təqdim olundu
- Sabah bu rayonda qaz olmayacaq