İlham Əliyev sərəncam imzaladı

09:58 - 11 Oktyabr 2024 - GÜNDƏM

 İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

BUTA.TV xəbər verir ki, sərəncama əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirməlidir.

Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Bakıda mühüm addım atıldı - Nazir

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol