2023-cü ildə Samvel Babayan etiraf etmişdi ki, Qarabağın Azərbaycanın nəzarətinə verilməsi və ermənilərin orada hansı şərtlərlə yaşaya biləcəyinə dair rəsmi Bakı ilə danışılar aparır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qəzet yazır ki, son günlərdə Babayanın Azərbaycanla necə əlaqə saxladığını öyrənmək üçün İrəvandakı separatçılar onu sıxışdırmağa başlayıblar:
“Samvel Babayan özü ilə Azərbaycan rəsmiləri arasında əlaqə yaradan, təklif və məktubları çatdıran şəxsə “Qırmızı bazar” adını qoyub. İddiaya görə, həmin şəxs Qarabağ ermənilərindən Razmike Aqasyandır. Onun haqqında kifayət qədər məlumat yoxdur, lakin azərbaycanlılarla uzun müddət əlaqədə olduğu məlumdur. Əks halda danışıqlar üçün ona etibar edilməzdi”.
Nəşr “Bakının casusu” adı ilə saxlanılan Sərkis Qalstyana cinayət işi açılması, lakin Babayanın adamı Razmike Aqasyana göz yumulmasına diqqət çəkib.
İddialara görə, rus sülhməramlıları o zaman Aqasyanı növbəti dəfə məktub daşıdığı yerdə saxlayıb və ona ciddi xəbərdarlıq ediblər.
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maşında sıxılı qalmış sürücü xilas edildi - Video