Suriyanın populyar teleaparıcısı Safaa Əhməd İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən Dəməşq ərazisinə endirilən zərbə nəticəsində həyatını itirib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat verib.
Bildirilib ki, faciə Suriya paytaxtının cənub-qərbində baş verib. İlkin məlumatlara görə, hücumun hədəfi İran səfirliyi olub.
Hava hücumu nəticəsində həlak olanların dəqiq sayı hələ açıqlanmır, lakin zərbənin bir neçə nəfərin həyatına son qoyduğu məlumdur.
Qeyd edək ki, Dəməşqə hücum İsrailin Livandakı hərbi əməliyyatının başlanması ilə eyni vaxta təsadüf edib.
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi