Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında məlumat yayıb. Jurnalist aşağıdakıları bildirib: "Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.
V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir”.
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto