Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.
BUTA.TV Report-a istinadən məlumat verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Sakinlər binadan təxliyə edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir. Araşdırma aparılır.
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto