Son illər dünya üzrə ən çox satılan telefonlar ABŞ-ın “Apple” şirkətinə məxsus “Iphone” brendinin modelləridir. Öz seqmentində istər proqram təminatı, istərsə də texniki dizayn xüsusiyyətlərinə görə digərlərindən kəskin fərqlənən “Iphone”, qiymət baxımından da digər telefonlardan bahadır.
Hazırda ölkəmizdə “Apple” şirkətinin istehsalı olan elektron məhsullar müxtəlif mağazalarda satılmaqdadır. Qiyməti yüksək olsa da, ölkəmizdə bu telefon modellərinin alıcısı yetərincə çoxdur. Satış mağazalarının bir çoxunda təqdim olunan qiymətlər və reklamlarla bağlı xeyli mübahisəli məqam var.
Məsələn, mağazaların vitrinlərində yerləşdirilən “Iphone”ların qeyd olunan qiymətləri sadəcə məhsulun nağd alışına şamil edilir. Müştəri telefonu kreditlə əldə etmək istədikdə isə 12 aya qədər 5 faizlik komissiya xərcləri tələb olunur. Kredit müddəti 12-18 ayı əhatə edəndə komissiya məbləği 5 faizdən 8 faizə qaldırılır. Bəzi satış mağazalarında isə 9-10 faiz həcmində dəyərləndirilir. Həmçinin omissiyadan əlavə, məhsulun satışı üçün kredit faizi də hesablanır. Nəticədə 2200 manata təklif olunan “Iphone” markalı telefon müştəriyə 500-600 manat artıq məbləğə, daha dəqiq 2700-2800 manata başa gəlir. Bəzi şirkətlər yeni alınan telefonlarla bağlı quraşdırma xərci və zəmanət talonu üçün ayrıca məbləğ tələb edir. Bu məbləğ 3 illik zəmanət üçün 400 manat, quraşdırma xərci üçün 70 manatdır. Bu isə reklam vasitəsilə müştərilərə 2200 AZN-ə təklif olunan telefonların 3100-3200 manata başa gəlməsi ilə nəticələnir.
Mövzu ilə bağlı BUTA.TV-a danışan hüquqşünas Elvin Kazımzadə bu cür reklamların qanunvericiliyin tələblərinə zidd olduğunu bildirib. O, rəsmi qaydada məhkəməyə müraciət ediləcəyi təqdirdə saxta reklamlarla müştəriləri aldatan şirkətlərin cəzalandırılmasının mümkünlüyünü vurğulayıb
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi