Gülnarə Mirzəyeva: Cənab Prezidentimiz İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bir şəhid anası olaraq təşəkkür etmək istəyirəm. Onlar bütün dünyaya sübut etdilər ki, Azərbaycan qalib ölkədir, Azərbaycan öz torpaqlarını öz sücaəti və əzmi ilə azad edə bilir və Azərbaycan dövləti hər daim vətən üçün canını verən şəhid ailələrinin yanındadır!
Cəlal Qurbanov: İcra başçıları şəhid ailələri ilə Cənab Prezident arasındakı bir körpüdür. Bu körpünü xidmətə çevirib hər daim şəhid ailələrinin yanında olan bütün icra nümayəndələrinə təşəkkür edirik.
27 Sentyabr - hər bir azərbaycanlının Vətən torpaqlarının müdafiəsi üçün səfərbər olduğu, igid oğulların düşmənə canını sipər etdiyi gün! Milli qürur günümüz. Suverenliyimiz, azadlığımız üçün milli mübarizədə rəşadət göstərən əsgərlərimiz, ön cəbhə üçün dayaq olan arxa cəbhənin mülki insanları, bütövlükdə Azərbaycan xalqının əzm, iradə, birlik və bərabərlik nümayiş etdirdiyi gün. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. 44 günlük Vətən müharibəsi Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın birliyini və bu birlikdən doğan qəhrəmanlığı da bir daha tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Bizə zəfəri yaşadan bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.
İlin hər günü adı anılan şəhidlərimiz 30 illik sükutumuza zəfər cəngisini əlavə edənlərdir. Zəfər tariximizədək onların övladı, onların valideyniykən, Qələbəmizdən və şəhadətlərindən sonra bütün Azərbaycanın övladına və ağbirçək anasına, ağsaqqal atasına çevrilənləri “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri Vətən torpağını qarış-qarış gəzdirir.
Xanlardan miras qədim Şəki, qəhrəmanlar əmanəti ana və atalara Vətən Müharibəsinin 4-cü ilində qucaq açdı! “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində 100-dən çox şəhid ana və atası Şəkinin, eləcə də Oğuzun qonağı oldular. İgid qəhrəmanlar diyarı Şəkinin şəhid ailələri vətən birdir, hamımız bu Vətənin övladıyıq, kədərimizdə də, sevincimizdə də bərabərik, birlikdəyik deyərək digər bölgələrdən səfər etmiş şəhid ana və atalarını bağrına basıb, dərdinə şərik oldular. Eyni qürurun ortaqları olan şəhid Teymur Abbasovun anası Başxanım Abbasova və şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova Şəki şəhərində şəhidlərimizin valideynlərini salamlayaraq göstərdikləri özəl diqqət və qayğıya görə dövlət başçımıza, Heydər Əliyev Fonduna öz təşəkkürlərini ünvanladılar.
Başxanım Abbasova: Ali Baş Komandanımıza təşəkkür edirəm ki, onun rəhbərliyi, əzmi və bizim oğullarımızın da rəşadəti ilə bu gün Şuşamıza, Kəlbəcərimizə, Xankəndimizə səfər edə bilirik. Artıq Qarabağımızdan toy sədaları eşidilir.
Lalə Rəhimova: 4 ildir ki, yalnız bir gün deyil, ilin hər günü övladlarımızı anaraq, bizə xüsusi diqqətini göstərən Heydər Əliyev Fondunun rəhbərliyinə, xüsusilə də Anar Ələkbərova bir şəhid anası olaraq təşəkkür etmək istəyirəm. Onların bizə olan münasibəti biz analara oğulsuzluğu, körpə balalara isə atasızlığı hiss etdirmir.
Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki Xan Sarayında şəhid ailələrimiz üçün təşkil edilən tədbirdə qəhrəmanlıq tariximizin zəfərindən söhbət açıldı. Tədbirin sonunda isə şəhidlərimizin adlarına əta edilən ehsan süfrələri ilə onların ruhlarına dualar oxundu.
Hər qarış torpağı bir şəhid qanı ilə yoğrulan Vətənin bu gün hər bölgəsində onlarla şəhid adı ucalır. Elə bir bölgə, elə bir kənd və qəsəbə tapılmaz ki, orada bir şəhid məzarına rast gəlinməsin. Dədə Qorqun tarixindən, qədim Oğuz elindən bu günədək xalqımızın igid oğulları heç vaxt Vətənimizi darda qoymayıblar. Onlar yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar. Hər dağda bir zəfər tonqalı qalayaraq qələbəni bizə yaşadanları öz əmanətləri ilə birgə yaşatmağa çalışan “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində növbəti səfər Oğuz rayonunun Xaçmaz kəndinə oldu. Qəhrəmanlıq tariximiz qədim Oğuz eli dastana dönmuş vətən qəhrəmanlarını yetişdirən ana və ataları qarşıladı!
Oğuz Rayon İcra Başçısı Cavid Əbdul-Qədirov öz çıxışı ilə bu layihələri birlik layihəsi adlandırdı. Vətən Müharibəsindəki millətimizin dünyanı heyərtləndirən birliyinin bu gün də şəhid ailələrimizə göstərilən diqqətlə nümayiş etdirildiyini vurğulan icra başçısı şəhid ailələrinjə göstərilən diqqəti insanlıq və vətəndaşlıq borcu olaraq vurğuladı: “Dövlətimiz hər zaman şəhid ailələrinin arxasında, şəhid ailələri isə daim Cənab Prezidentin ətrafındadır. Bu birlik təcəssümüdür. Şəhidlərimizin əziz xatirəsi bizim üçün hər zaman uca tutulur, şəhid ailələrimiz isə dövlətimizin diqqət və qayğısı ilə əhatələnir”
Çıxışı zamanı şəhid anası olmağın qürurunu dilə gətirən Milli Qəhrəman İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva da şəhid ailələrinə göstərilən diqqətin önəmini vurğuladı:
Gülnarə Mirzəyeva: Cənab Prezidentimiz İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bir şəhid anası olaraq təşəkkür etmək istəyirəm. Onlar bütün dünyaya sübut etdilər ki, Azərbaycan qalib ölkədir, Azərbaycan öz torpaqlarını öz sücaəti və əzmi ilə azad edə bilir və Azərbaycan dövləti hər daim vətən üçün canını verən şəhid ailərinin yanındadır!
Tədbir Vətən Müharibəsi şəhidi Nail İbrahimlinin ocağında davam etdirildi. 100-dən çox şəhid ata-anasını qarşılayan şəhidimizin anası Aqibət İbrahimli də qəhrəmanlar yetişdirən valideynləri Oğuzda, xüsusilə də övladının ocağında görməkdən məmnunluq duyduğunu vurğuladı.
Tədbirin sonunda çıxış edən Fireland Gruop-un rəhbəri, AYB-nin üzvü, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrininn təşkilatçısı Cəlal Qurbanov 4 il ərzində birlik və bərabərlik nümayiş etdirən şəhid ailələri və dövlət nümayəndələrinə öz təşəkkürünü ünvanlayıb:
“Xalqımız haqlı olaraq daima qəhrəman şəhidlərimizlə öyünür, əbədi olaraq qəlblərində yaşadırlar. Vətənimizin mənafeyini yaşama hüququndan belə üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnək və mayakdır. 4 il ərzində silsilə şəklində bütün özəl və gözəl günlərdə, anım tarixlərində Azərbaycanımızın hər diyarını gəzərək oradakı həmdərdləri ilə görüşən şəhid ailələrimiz həm də birliyin təcəssümüdür. İndiyə qədər Azərbaycanın bütün bölgələrindən, 2900-dən artıq şəhid əmanəti bu layihədə iştirak edib. Tədbir çərçivəsində bütün bölgələrimizin qapılarını şəhid ailələrinin üzünə açan, onların istirahəti, gəzintisi üçün əllərindən gələnləri əsirgəməyən hər kəsə təşəkkür etmək istəyirəm. Bildirim ki, icra başçıları şəhid ailələri ilə Cənab Prezident arasındakı bir körpüdür. Bu körpünü xidmətə çevirib hər daim şəhid ailələrinin yanında olan bütün icra nümayəndələrinə təşəkkür edirik. “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsini Azərbaycan bütün regionlarında həyata keçirməyə maddi və mənəvi dəstək olduqlarına və bununla da hər daim şəhid ailələrinə diqqət və qayğısını nümayiş etdirdiyinə görə başda Anar Ələkbərov olmaqla Heydər Əliyev Fondunun bütün əməkdaşlarına, Daxili İşlər Nazirliyinə - şəxsən Vilayət Eyvazova, Müdafiə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Adil Kərimliyə, Turizm Agentliyinə, xüsusilə Fuad Nağıyevə, Şəki şəhər İcra başçısı Elxan Usubova və Oğuz Rayon İcra Hakimiyyəti başçısı Cavid Abdul-Qədirova və bütünlüklə bu işdə dəstək olan digər dövlət qurumlarına minnətdarlığımızı bildiririk. Bayrağa qan, torpağa can vermiş bütün şəhidlərimizin əziz ruhu tarix durduqca, yaşandıqca yaşadılacaq.. Torpağı uğrunda ölünərək Vətən qılan hər bir şəhidimizə Allahdan rəhmət diləyir, ruhlarına nacizanə minnətdarlığımızı əta edirik. Qazilərimizin canı sağlam, xalqımızın başı uca olsun”
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi