ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya hakimiyyətini Ukraynada hərbi əməliyyatlara başlamağa təhrik edib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ prezidentliyinə keçmiş namizəd kiçik Robert Kennedi deyib.
"İşğaldan iki gün əvvəl Kamala Harris Almaniyaya getdi və ilk dəfə olaraq açıq şəkildə bildirdi ki, biz NATO-nu Ukraynaya qədər genişləndiririk. Bu, təxribat idi. Bunu hamımız başa düşməliyik.
Bu müharibə haqda ilk gündən bizə yalan deyilib. Bizə dedilər ki, bu, səbəbsiz işğaldır. Bizə deməyiblər ki, Vladimir Putin və bütün digər Rusiya liderləri 30 ildir elan edirlər: "Əgər Ukraynaya girsəniz, cavab olaraq hərbi əməliyyatlara başlayacağıq, bu, bizim üçün qırmızı xəttdir”, - R.Kennedi vurğulayıb.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto