Britaniya mediası Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun "Tottenhem"- "Qarabağ" (3:0) oyunu barədə yazıb.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, BBC-nin reportajında ünvanlanan bu sual maraqla qarşılanıb.
“Qarabağ" niyə qol vura bilmədi?" Böyüh ehtimalla bəzi azarkeşlər, oyunçular və klub nümayəndələri sual edir ki, necə oldu, "Qarabağ" "Tottenhem"in qapısına qol vura bilmədi? "Tottenhem" matçın son 82 dəqiqəsini 10 nəfərlə oynadı, rəqib hər iki hissədə qol vurmağa yaxın oldu.
Birinci hissədə Juninyo yaxın məsafədən hesabı bərabərləşdirə bilərdi, amma zərbəsi dəqiq olmadı. İkinci hissədə Toral Bayramov penaltini reallaşdıra bilmədi.
"Qarabağ" qapıya 14 zərbə endirdi ki, bu, "Tottenhem"dən 4 dəfə çoxdur.
"xG Philosophy"nin X səhifəsində yazdığına görə, “Tottenhem"in qol vurma əmsalları 1,56 olub. "Qarabağ"da isə bu, 2.43 təşkil edib.
Yazıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransında səsləndirdiyi fikirlərinə də yer verilib.
Q.Qurbanovun tıxacda qaldıqlarına görə məyus olduğunu yazan BBC məşqçinin bu fikirlərini dərc edib:
"Təsəvvür edin, siz tıxacda 2,5 yarım ilişib qalırsınız. Mən bunu məğlubiyyətə bəhanə kimi gətirmək istəmirəm. Amma belə hal baş verməməli idi. Bizi müşayiət edən bir polis belə yox idi. Bu, futbolçularımıza çox təsir etdi. Lakin baş verənlər görə rəqibin qələbəsinə kölgə salmır".
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?