Rus PUA-sı sərhədi keçdi, F-16-lar havaya qalxdı

15:04 - 27 Sentyabr 2024 - GÜNDƏM

 Rus PUA-sı sərhədi keçdi, F-16-lar havaya qalxdı

Sentyabrın 27-nə keçən gecə Rusiya qoşunları Rumıniya ilə sərhədə yaxın, Dunay çayının Kiliya yaxınlığındakı Ukrayna ərazisinə PUA-larla zərbələr endirib. Cavab olaraq Rumıniya vəziyyəti izləmək üçün havaya qırıcı təyyarələr qaldırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vəziyyəti izləmək üçün 86 və 57 saylı hava bazalarından iki Rumıniya və iki İspaniya F-16 və F-18 qırıcıları havaya qalxıb:

“Səhər saat 3:00 radələrində radar məlumatları pilotsuz təyyarələrdən birinin qısa müddətə Rumıniya sərhədini keçə biləcəyini göstərib. Hazırda ölkənin müdafiə idarəsi PUA axtarışlarını davam etdirir, lakin ərazidə heç bir iz tapılmayıb”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol