Yəmən husiləri SEPAH-ın Qüds Qüvvələri, Livan Hizbullahı və iraqlı ekspertlərin dəstəyi ilə güclü hərbi təşkilata çevrilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” BMT-nin sanksiya müşahidəçilərinin məxfi hesabatına istinadən məlumat yayıb.
“Husilər, HƏMAS, Hizbullah və İraq və Suriyadakı bir sıra digər silahlı qruplarla birlikdə son bir neçə onillikdə İran hökumətinin dəstəyi ilə yaradılan və fəaliyyətini davam etdirən “Müqavimət cəbhəsi”nin üzvləridir”, - məlumatda bildirilib.
Birləşmiş Millətlər Təşkilatının sanksiya nəzarətçiləri öz hesabatlarında Yəmən husilərinin saxta pasportlardan istifadə edərək İran, Livan və İraqa səfər etdiklərini və bu ölkələrdə taktiki və texniki təlimlər keçdiklərini yazıblar.
Bu hesabata görə, 2015-ci ildən bəri BMT-nin silah embarqosu altında olan husilər İran və onun dəstəklədiyi qruplarla eyni silah sistemlərindən istifadə edirlər.
Qeyd edək ki, bir müddət əvvəl “Voll Street Jurnal” İranın Cibuti vasitəsilə Yəmən husilərinə silah göndərdiyi barədə məlumat yayıb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var