1997-ci il sentyabrın 26-da jurnalistlərlə ünsiyyəti bir o qədər də sevməyən Ter-Petrosyan qəfildən prezident seçilməsinin ildönümü münasibətilə mətbuat konfransı keçirdi. O, çıxışında Qarabağla bağlı güzəştlərə və Minsk Qrupunun təklif etdiyi “mərhələli həll” planı ilə razılaşmağa çağırış etdi.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan “Həyat və azadlıq” kitabında qeyd edib.
Köçəryan yazıb ki, Petrosyan Qarabağın Azərbaycanın tərkibində qalması planını dəstəkləyib:
“Prezidentin (Ter-Petrosyanın – red.) arqumentləri Ermənistanın başqa seçiminin qalmaması ilə nəticələndi. Belə anlaşılırdı ki, Qarabağ problemi həll olunmayana qədər iqtisadi inkişafda heç bir uğur əldə edilə bilməz və ölkənin gələcəyi yoxdur. Bunu eşidən tanınmış jurnalist, “Fikir” verilişinin aparıcısı Serqo Yeritsyan Ter-Petrosyanın sözlərini düzgün başa düşüb-düşmədiyini soruşdu: Prezident Qarabağdan əl çəkməyə hazırlaşır? O cavab verdi: “Serqo can, Qarabağ problemi həll olunmayana qədər sən yaxşı yaşamayacaqsan!
Ter-Petrosyanın bu ifadəsi dərhal xalqa ötürüldü. Mətbuat konfransı isə Ermənistan tarixinə “Serqo-can” adı ilə düşdü”.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video