Uqledar döyüşü: Rusiyanın iki briqadası məhv edildi

12:36 - 27 Sentyabr 2024 - GÜNDƏM

 Uqledar döyüşü: Rusiyanın iki briqadası məhv edildi

2022-ci ilin sonundan bəri ruslar müharibədən əvvəl 14 min nəfər əhalisi olan Uqledarı tutmağa çalışırlar. İndi Rusiya ordusunun 57-ci əlahiddə motoatıcı briqadası Ukrayna qoşunlarının 72-ci mexanikləşdirilmiş briqadasının müdafiəsini yarıb.

Axara.z xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.

Nəşrin məlumatına görə, hazırda ruslar Uqledarın cənubuna yerləşiblər, yorğun Ukrayna qarnizonu isə şimala doğru geri çəkilir:

“Ruslar bu şəhəri ələ keçirsələr belə, bu qələbə onlara baha başa gələcək. Bu, artıq onlara minə yaxın texnika və bir neçə min hərbi qulluqçunun məhvi hesabına başa gəlib. Ukrayna ordusunun mina, artilleriya, PUA və tank əleyhinə raketlərin köməyi ilə güclü müdafiəsi düşmənin bütün briqadalarını məhv edib. Ən çətin dövr 2022-ci ilin sonu 2023-cü ilin əvvəli oldu. Həmin vaxt Uqledarın ətrafındakı ərazidə Rusiyanın əməliyyatlarına Hərbi Dəniz Qüvvələrinin Sakit okean Donanmasının 40-cı və 155-ci dəniz briqadaları rəhbərlik edirdi. Onların uğursuz hücumları müharibənin ən qanlı hücumlarından oldu. Kağız üzərində 3000-ə yaxın əsgəri olan 155-ci briqada bir neçə gün ərzində gündə 300-ə qədər insan itirdi və 2023-cü ilin fevralına qədər demək olar ki, tam məhv edildi. Komplektləşdirildikdən sonra yenidən məhv edildi. Hər iki briqadanın canlı qüvvə və hərbi texnika itkisi Rusiyanın müharibə boyu verdiyi itkinin təxminən 6 faizini təşkil edir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol