Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyirik.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Gürcüstanın Gürcü Arzusu Partiyasının seçki kampaniyasında Ukrayna müharibəsini əks etdirən bannerlərdən istifadə etməsi ilə bağlı yaydığı bəyanatda bildirilib.
"Biz Gürcüstan hökumətini, hakim partiyanı və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar küçələrdə “Müharibəyə yox! Sülhü seçin !” şüarlı bannerlər yerləşdirib.
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...