Arak şəhərindən olan azərbaycanlı dağçı 60 yaşlı Həsən Səfəri İranın Əlbürz dağında itkin düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı alpinist sentyabrın 18-də Əlbürzün zirvəsi Dəmavəndə yola düşüb, onu zirvəyə qalxan vaxt iki başqa alpinist görüb.
“Deyilənə görə, o, zirvədən qayıdan zaman hava buludlu olub, buna görə də Səfərinin yolu itirdiyi ehtimal olunur”, - məlumatda vurğulanıb.
Səfərinin ailəsi Qızıl Aypara Cəmiyyəti və başqa əlaqədar dövlət qurumlarının axtarış əməliyyatlarının kifayət qədər intensiv aparılmadığına görə dağçılara müraciət edib və onlardan azərbaycanlı alpinistin tapılması üçün səfərbər olmalarını xahiş edib.
Qeyd edək ki, bundan əvvəl avqustun 16-da təbrizli alpinist Əmir Səfəri də eyni yerdə itkin düşüb və bu günə kimi onun taleyindən xəbər yoxdur.
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu