Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bugünkü üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, Ermənistan XİN başçısını və onun vasitəsilə Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır.
Bu sözləri BUTA.TV-a politoloq Elxan Şahinoğlu ABŞ-da keçiriləcək üçtərəfli görüşü şərh edərkən deyib.
“Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdırlar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib, onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq. Əks halda bugünkü üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq”, - Şahinoğlu əlavə edib.
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?