ABŞ və tərəfdaşlarının İsrail-Livan sərhədində atəşkəs təklifi yaxın saatlarda qəbul oluna bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrinə istinadla məlumat yayıb.
“Diplomatlar hər iki ölkə ilə danışıqlar aparıb və ümid edirlər ki, onların hökumətlərinin nümayəndələri yaxın saatlarda atəşkəs təklifini qəbul edəcəklər”, - məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, Hizbullahdan bu təklifi qəbul etməsi rəsmi olaraq istənilməyəcək, lakin rəsmilər bildiriblər ki, Livan atəşkəslə razılaşarsa, hakimiyyət hərəkatın döyüşçülərinin 21 gün ərzində buna əməl etməsini təmin etməli olacaq.
Qeyd edək ki, ABŞ, AB, BƏƏ, Səudiyyə Ərəbistanı, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Qətər İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəsin elan edilməsi ilə bağlı çağırış etmişdilər.
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?