Marketdən alınan çörəyin içindən həşərat çıxıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.
Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb:
"Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi".
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) faktın araşdırılacağını bildirib.
"Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər"- açıqlamada qeyd olunub.
Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələləri həmişə yüksək prioritet daşıyıb. Dövlət qurumları tərəfindən mütəmadi olaraq qida istehsalı və satışı müəssisələrində monitorinqlər aparılır, aşkarlanan qanun pozuntuları və çatışmazlıqlarla bağlı ciddi tədbirlər görülür. Buna baxmayaraq, bəzən bu cür xoşagəlməz hallarla da üzləşmək mümkündür.
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?