ABŞ, Böyük Britaniya və AB də daxil olmaqla, Qərb müttəfiqləri İsrail və Hizbullah arasında döyüşlərin şiddətlənməsindən sonra Livanda müvəqqəti atəşkəsə çağırıblar.
BUTA.TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, 12 dövlətdən ibarət blok diplomatik həllə nail olmaq üçün hərbi əməliyyatların 21 günlük dayandırılmasını və Qəzzada atəşkəsin yaradılmasını təklif edib.
Müttəfiqlər birgə bəyanatda hərbi əməliyyatların dözülməz olduğunu, İsrail və Livan xalqının maraqlarına uyğun olmayan daha geniş regional eskalasiya üçün qəbuledilməz risk yaratdığını bildiriblər.
Birgə bəyanatı ABŞ, Avstraliya, Kanada, AB, Fransa, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Qətər imzalayıb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var