Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının hökumətindəki “Əbədi nazir” kimi tanınan Tea Tsulukiani mədəniyyət və idman naziri vəzifəsindən istefa verib.
Kult.az xəbər verir ki, bu barədə T.Tsulukiani özü məlumat verib.
“Sabah mənim nazir postunda son iş günümdür. Bundan sonra mən parlamentdə fəaliyyət göstərəcəm”, - Tsulukiani deyib.
T. Tsulukiani hakim partiyanın seçki siyahısında ilk onluqdadır.
Qeyd edək ki, Tea Tsulukiani “Gürcü arzusu” hökumətinin ən təcrübəli naziri hesab olunur. O, 2012-ci ildə Baş nazir Bidzina İvanişvilinin kabinetində ədliyyə naziri olub. Daha sonra o, daha beş hökumət başçısının - İ.Qaribaşvili, G.Kvirikaşvili, M.Baxtadze, Q.Qaxariya və İ.Kobaxidzenin kabinetində nazir olub.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var