Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan qonşularına qarşı təcavüz üçün kart-blanş kimi istifadə edir. Ona görə də təşkilatda islahatlar aparılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel BMT Baş Assambleyasının tribunasından bildirib.
"Rusiyanın Ukraynaya qarşı ədalətsiz və əsassız müharibəsini nəzərə alsaq, biz etiraf etməliyik ki, Təhlükəsizlik Şurasına üzvlük kart-blanş deyil. Heç kimin cəzalandırılmadan hakimiyyətdən sui-istifadə etməyə və beynəlxalq birliyin digər üzvlərini qorxutmağa haqqı yoxdur. BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatın vaxtı çoxdan çatıb”, - P.Pavel qeyd edib.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər