Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın “SEÇMƏLƏRİN SEÇMƏSİ – QRANULALAR” kitabının təqdimat mərasimi keçirilib.
Kult.az xəbər verir ki, müəllifin 7 cildlik “Seçilmiş əsərləri”ndən seçilmiş bir sıra qranula-cövhər sayıla biləcək məqamlar ayrı-ayrı şəkildə ilk dəfə bu kitabda toplanıb.
Kitabın redaktorları akademik Muxtar Kazımoğlu və tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı və Toğrul Mehdidir.
Müəllifi kitabı yazmağa ruhlandıran imzalar isə xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli və Fərhad Təhməzlidir. “Everest” Nəşriyyat Evində çap olunan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Keçirilən tədbirdə elm xadimləri və media nümayəndələri iştirak ediblər.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var