Amerikalı milyarder İlon Maskın Nyu Yorkun “Ziqfeld” bal zalında “Atlantic Council”in (Atlantik Şura) təşkil etdiyi mükafatlandırma mərasimində İtaliya Baş naziri Corciya Meloniyə “Global Citizen Awards” mükafatını verməsi Qərb kuluarlarında söz-söhbətə səbəb olub.
BUTA.TV xəbər verir ki, bazar ertəsi keçirilən mərasimdə Mask mərasim zamanı Meloni barəsində xoş ifadələr də işlədib.
“Meloninin daxili xaricindən daha gözəldir. Meloni səmimi, dürüst və düşüncəli insandır. Bunu hər siyasətçi haqqında demək olmaz”, - Mask bildirib.
Meloni də çıxışında Maskı tərifləyib və milyarderi qiymətli dahi adlandırıb. Meloninin çıxışından sonra Mask ayağa qalxaraq onu alqışlayıb.
Mərasim zamanı hətta Maskla Meloninin yanaşı oturduqları və olduqca səmimi söhbət etdikləri bildirilib.
“Politiko” nəşri yazır ki, 47 yaşlı Meloni 53 yaşlı Maskdan onu BMT Baş Assambleyasının tacına çevrilən Atlantik Şurasının şam yeməyi ilə tanış etməsini xahiş edib.
Qeyd olunub ki, cütlük son bir ildə bir neçə dəfə görüşüb. Onların ilk görüşü 2023-cü ilin iyununda Meloninin Romadakı iqamətgahında baş tutub. Mask bundan başqa, həmin ilin dekabrında Meloninin İtaliya Qardaşları Partiyasının təşkil etdiyi siyasi festivalda da iştirak edib.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər