Qırğızıstan parlamenti respublikanın birinci başçısı Əsgər Akayevə eks-prezident statusunu bərpa etməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.
“Parlament bu qərarı dəstəkləyib və Əsgər Akayevin müvəqqəti deputat komissiyasının yaradılması barədə ərizəsini təmin etməkdən imtina edib. Qərar səs çoxluğu ilə qəbul edilib, 71 deputat statusun bərpasından imtina edib, iki nəfər razı olub”, - məlumatda deyilir.
Qeyd edək ki, Qırğızıstanın ilk dövlət başçısı Akayev sentyabrın əvvəlində qanunvericilik məclisinə müraciət edərək, ona prezidentlik dönəmində törətdiyi əməllərə görə təqib olunmaqdan qoruyan, hazırkı liderin maaşının 75%-i miqdarında pensiya almaq hüququ, ömürlük dövlət mühafizəsi və digər imtiyazlar verən “keçmiş prezident statusu”nu qaytarmasını istəmişdi.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var